Sizin reklam burada
Sizin reklam burada

Tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant olan yerlərə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üçün qeydiyyat prosesinə start verilir

Tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant olan yerlərə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üçün qeydiyyat prosesinə start verilir

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant olan yerlərə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üçün qeydiyyat prosesinə start verilir.
Belə ki, 2022-2023-cü ildə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçmiş şəxslər 14 iyul 2025-ci il tarixindən 20 iyul 2025-ci il saat 18:00-dək aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/nMcqjs5Wxx6ywbRx6
Qeydiyyat zamanı namizəd haqda lazım olacaq məlumatlar:
- Soyad, ad və ata adı
- FİN kod
- Müsabiqədə topladığı bal (bilmirsə boş saxlaya bilər)
- Əlaqə nömrəsi
- İşləmək istədiyi məktəbəqədər təhsil müəssisəsini siyahıdan seçir (yalnız 1 müəssisə seçə bilər)
Qeyd edək ki, müsahibə təşkil olunarkən müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan müsabiqə balı azala bilər.
#EduAz #ŞəkiZaqatalaRTi #İşəQəbul

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ