Sizin reklam burada
Sizin reklam burada

Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.
Müsabiqədə musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan şəxslər iştirak edə bilərlər.
Namizədlər 20 iyul 2025-ci il saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: https://forms.gle/rgBbBT7BP6fJ7FTx9
Müsabiqə yalnız müsahibə mərhələsindən ibarətdir.
Qeyd edək ki, müsahibəni 2 və ya daha çox namizəd keçərsə, aşağıdakı prioritetlilik üzrə seçim aparılacaq:
Şəhid ailə üzvü;
Həyat yoldaşının və ya özünün Vətən müharibəsi iştirakçısı olması;
Təhsil səviyyəsi;
Pedaqoji staj.

  • Sosial şəbəkədə paylaş