Sizin reklam burada
Sizin reklam burada

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin 2024–2025-ci il tədris ilinin yekununa dair hesabat tədbiri keçirilib

‎Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktoru Eşqi Bağırov, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafiz Pənahov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin 200-ə yaxın ümumtəhsil məktəbinin direktorları iştirak edib.

‎İdarənin inzibati binasında əməkdaşlarla keçirilən görüşdə idarə müdiri Günay Mahmudova hesabat təqdimatı ilə çıxış edib. O, 2024–2025-ci il tədris ili ərzində region üzrə təhsilin inkişaf dinamikası, mövcud çətinliklər, həyata keçirilmiş layihələr və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib. Təqdimatda statistik göstəricilər əsasında aparılmış müqayisəli təhlillər iştirakçıların diqqətinə çatdırılıb, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və qarşıda duran hədəflər xüsusi vurğulanıb.

‎Daha sonra Şəki şəhər N.Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində İdarənin struktur bölmə rəhbərləri, əməkdaşları və məktəb direktorlarının iştirakı ilə keçirilən tədbirdə monitorinq və qiymətləndirmələrin nəticələri müzakirə olunub. Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentıiyinin direktoru Eşqi Bağırov çıxış edərək ötən tədris ilində müəllim və şagird uğurları, kadr təminatı, infrastruktur yenilikləri kimi vacib məsələlərə toxunub, növbəti tədris ili üçün əsas fəaliyyət istiqamətlərini vurğulayıb.

‎Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi apararaq tədris prosesinin təşkili ilə bağlı fikir bölüşüb.
‎#EduAz #ŞəkiZaqatalaRTi #MÜTDA #Sertifikasiya #Müəllim #Görüş #Məktəbəqədərtəhsil #Uşaq

  • Sosial şəbəkədə paylaş