Sizin reklam burada
Sizin reklam burada

Qarabağ Universitetində fəaliyyətə başlayacaq Tibb və Sağlamlıq Elmləri fakültəsi ilə bağlı təbliğat görüşü keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə Qarabağ Universitetinin Klinikasının direktoru, eləcə də Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı Samir Babayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Könül Məmmədli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər üzrə təhsil sektorunun müdiri İman Ağayev, AXRTİ-nin digər əməkdaşları, ümumi təhsil məktəblərinin direktorları, müəllimlər, valideynlər və 2024–2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinfini bitirən məzunlar iştirak edib.
Görüşdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər üzrə təhsil sektorunun müdiri İman Ağayev Qarabağ Universitetinin yaradılmasının əhəmiyyətindən danışıb. Universitetin regionun intellektual və mədəni mərkəzinə çevrildiyi qeyd edib.
Görüş zamanı Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin nümayəndələri iştirakçılara təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat təqdim ediblər. Təqdimatla çıxış edən nümayəndələr universitetdə tədris olunan proqramlar, fakültələr və mövcud ixtisaslardan bəhs edib, tələbələrə təqdim olunan akademik imkanları diqqətə çatdırıblar. Görüşdə iştirakçılar həmçinin universitetin akademik mühiti, elmi-tədqiqat fəaliyyəti barədə məlumat əldə ediblər.
Qeyd edək ki, Qarabağ Universitetində 2025–2026-cı tədris ilindən etibarən Tibb və Sağlamlıq fakültəsinin fəaliyyətə başlaması nəzərdə tutulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ