Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və müdir müavini Elmin Məmmədtağıyev Gəncə şəhər 3 saylı körpələr evi-uşaq bağçasında olublar.
İdarə müdiri və müdir müavini müəssisədəki mövcud şərait, təlim-tərbiyə prosesi və uşaqların inkişafı üçün yaradılmış şəraitlə tanış olublar.
Bununla yanaşı məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, mövcud ehtiyaclar və inkişaf perspektivləri də müzakirə edilib.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və tədris şəraitinin yaxşılaşdırılması məqsədilə bu kimi səfərlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #Məktəbəqədər
