Müəllimlərin işə qəbulu müsabiqəsində fəaliyyət göstərəcək imtahan nəzarətçiləri ilə görüşlər keçirilib
Görüşlərdə imtahan prosesində nəzarətçilərin diqqət göstərməli olduğu məqamlar barədə məlumat verilib. Həmçinin Müəllimlərin işə qəbulu müsabiqəsi üçün texniki bazanın tamamilə hazır vəziyyətdə olduğunu qeyd edib.
Görüşün davamında imtahan prosesində nəzarətçi qismində qatılacaq şəxslərin sualları cavablandırılıb.
Qeyd edək ki, sabahdan etibarən Müəllimlərin işə qəbulu müabiqəsinin test mərhələsinə start verilir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə test imtahanı mərhələsi 4 mərkəzdə həyata keçiriləcək.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #MİQ
