Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində III siniflərdə keçirilən onlayn monitorinq

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində III siniflərdə keçirilən onlayn monitorinq

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun fəaliyyət planına uyğun olaraq, cari tədris ilinin ikinci yarımilindən başlayaraq III sinif şagirdləri üçün mütəmadi şəkildə onlayn monitorinq təşkil olunmuşdur. Sözügedən monitorinqin məqsədi şagirdlərin bilik və bacarıq səviyyəsini müəyyənləşdirmək, zəif nəticə göstərən şagirdlərlə fərdi yanaşma əsasında iş aparmaq və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.
Qeyd edək ki, region üzrə ümumilikdə 8 714 nəfər III sinif şagirdi təhsil alır. İndiyədək təşkil olunan onlayn monitorinqdə 5 214 nəfər şagird iştirak edib. Monitorinqin nəticələrinə əsasən, iştirakçıların 75%-i yüksək nəticə göstərib. Əldə edilən nəticələrə əsasən, ən yüksək ortalama göstərici Mingəçevir şəhəri üzrə qeydə alınıb.
Eyni zamanda, monitorinqin nəticələri əsasında 25 faizdən aşağı nəticə göstərən şagirdlərin sayı müəyyən edilmiş, növbəti tədris ilində həmin şagirdlərlə strategiyalar müəyyən edilərək nəticələrinin yüksəldilməsi istiqamətində proses təşkil ediləcəkdir.
Onlayn monitorinq nəticələri Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən təhlil olunaraq tədrisin keyfiyyətinin yüksəldilməsi və fərdi yanaşmanın tətbiqi istiqamətində müvafiq addımların atılması üçün istifadə olunur.
#MərkəziAranRTİ #Monitorinq

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ