Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Aran Regional Təhsil İdarəsinin şagirdləri Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazandılar!

Mərkəzi Aran Regional Təhsil İdarəsinin iki istedadlı 10-cu sinif şagirdləri– Abdullazadə Abdulla (Ağdaş rayonu, Ləki qəsəbəsi 6 nömrəli tam orta ümumtəhsil məktəbi) və Mirzəyev Sumuraz (Mingəçevir şəhəri, Ruslan Muradov adına Texniki və Humanitar Fənlər Liseyi) 22-28 iyun 2025-ci il tarixlərində Sinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında (ICO) iştirak edərək yüksək nəticə göstəriblər.
Sevinc hissi ilə bildiririk ki, şagirdlərimiz bu nüfuzlu beynəlxalq yarışmada 2 gümüş medal qazanaraq həm regionumuzu, həm də ölkəmizi layiqincə təmsil ediblər.
Qeyd edək ki, “ICO” yarışması dünyada kibertəhlükəsizlik sahəsində ən istedadlı gəncləri müəyyən etmək və onlara dəstək olmaq məqsədilə təşkil olunur.
Şagirdlərimizi əldə etdikləri nailiyyət münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
#MərkəziAranRTİ #RTİ #ŞagirdlərimizinUğuru #Kibertəhlükəsizlik #BeynəlxalqOlimpiada

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ