




Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində XI sinfi bitirən məzunlara attestatlar təqdim edilib.
Qeyd edək ki, cari tədris ilində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI siniflərini 2536 nəfər məzun bitirib. Onlardan 2450 nəfər adi, 86 nəfər isə fərqlənmə attestatı ilə məzun olub.
Bütün məzunlarımızı təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Məzun #Attestat