Sizin reklam burada
Sizin reklam burada

Şamaxı rayonunda təhsil işçiləri ilə görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov Şamaxı Rayon Təhsil Sektorunun əməkdaşları və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Görüşdə idarə müdiri çıxış edərək cari və qarşıda duran məsələlərlə əlaqəli məktəb direktorlarına tapşırıqlar verərək, işlərində məsuliyyətli olmalarını bildirmişdir. Həmçinin idarə müdiri tərəfindən Şamaxı rayonu üzrə IX sinif buraxılış imtahanlarının və respublika fənn olimpiadalarının nəticələri müzakirə edilmiş, tədrisin keyfiyyətinin artırılması, istedadlı şagirdlərlə işin gücləndirilməsi istiqamətində tapşırıqlar verilmişdir.
Daha sonra idarənin müdir müavini Rahim Novruzov tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə çıxış edərək işlək fəaliyyət planlarının hazırlanması metodikası, eləcə də sektorlar və məktəblər üçün yeni yaradılan və onlayn formada təqdim ediləcək hesabatlılıq platformasının tətbiqi haqqında məlumat vermişdir. Həmçinin təhsil müəssisələrində xüsusi hallar zamanı görüləcək işlər və bununla əlaqəli təlimat məktəb direktorlarının diqqətinə çatdırılmışdır.
Sonda məktəb direktorlarının sualları və təklifləri dinlənilmişdir.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Təhsilİşçiləri #Görüş

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ