arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Məktəblərdə ənənəvi dərsliklərdən imtina olunur? - Təhsil Nazirliyi açıqladı

Məktəblərdə ənənəvi dərsliklərdən imtina olunur? - Təhsil Nazirliyi açıqladı

Məktəblərdə ənənəvi dərsliklərdən tamamilə imtina edilməsi yolverilməzdir.

Bunu Rusiyanın təhsil nazirinin müavini Aleksandr Buqayev bəyan edib.

Dövlət Dumasında məktəblilərin sağlamlığının qorunmasına, uşaq və gənclər idmanının inkişafına həsr olunmuş hökumət saatında çıxışı zamanı o, rəqəmsal cihazların yalnız yardımçı təlim vasitəsi kimi və ciddi şəkildə sanitar normalara uyğun istifadə oluna biləcəyini vurğulayıb.

"Məktəbdə rəqəmsal texnologiyalardan yalnız əsas təhsil vasitələrinə əlavə kimi istifadə olunur" deyən Buqayev qeyd edib ki, elektron dərsliklərə mütləq keçid yolverilməzdir, ənənəvi təhsil formaları qorunub saxlanılmalıdır.

Beləliklə, Təhsil Nazirliyi kağız dərslikləri tədris prosesinin tərkib hissəsi hesab edərək qorunub saxlanılması siyasətini təsdiqləyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ