Sizin reklam burada
Sizin reklam burada

Ucarda təmiri davam edən təhsil müəssisələrinə baxış keçirilib

3 iyun tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov Ucar rayonunda təmiri davam etdirilən Ucar rayonu 2 nömrəli tam orta məktəbdə, daha sonra Ucar şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında olub. Təmiri gedən müəssisələrə baxış prosesində idarənin inzibati təşkilat sektorunun müdiri Rahim Məmmədov, Ucar rayonu üzrə təhsil sektorunun müdiri Rahib Burcəliyev iştirak ediblər. Təmir-tikinti ilə yaxından tanış olan Həmid Qasımov görülən işlərin keyfiyyəti və layihələrin icra vəziyyəti ilə maraqlanıb. O həmçinin tikinti prosesinin təhsil müəssisəsinin ehtiyaclarına uyğun şəkildə aparılmasının vacibliyini vurğulayıb və bu müəssisələrin bölgənin təhsil infrastrukturunun inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
#MərkəziAranRTİ #RTİ #YeniMüəssisələr

  • Sosial şəbəkədə paylaş