Sizin reklam burada
Sizin reklam burada

Məktəblilər arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə Şəki şəhərinin açıq Kuboku keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "Kapital Bank"ın dəstəyi ilə "Təhsil Oyunları Platforması" layihəsi çərçivəsində Şəki rayonunda intellektual yarış keçirilib.
21 məktəb komandasının iştirak etdiyi, "Nə? Harada? Nə zaman?" formatında keçirilən intellektual yarışda 2 tur üzrə ümumilikdə 24 sual oynanılıb.
Yarışın nəticələrinə əsasən, I yerə Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin “Kvebek” komandası, II yerə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin “Liseyçilər” komandası, III yerə isə yenidən Kimya-biologiya təmayüllü liseyin “La Passion” komandası layiq görülüb.
Sonda qalib komandalar diplom və hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi təfəkkürünü, analitik düşünmə qabiliyyətini və komandada işləmək bacarıqlarını inkişaf etdirmək, eləcə də onların intellektual fəaliyyətə marağını artırmaqdan ibarət olub.
#EduAz #MÜTDA #ŞəkiZaqatalaRTİ #intellektualyarış

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ