Sizin reklam burada
Sizin reklam burada

Təqaüddə olan müəllimlər ziyarət olunub

Təqaüddə olan müəllimlər ziyarət olunub
Təqaüddə olan müəllimlər ziyarət olunub
Təqaüddə olan müəllimlər ziyarət olunub
Təqaüddə olan müəllimlər ziyarət olunub
Təqaüddə olan müəllimlər ziyarət olunub

"15 May-Beynəlxalq Ailə Günü" münasibətilə Balakən rayonu üzrə təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Balakən rayon komitəsi tərəfindən rayonun elmə, təhsilə və gənc nəslin formalaşmasına uzun illər töhfə vermiş təqaüddə olan müəllimlər ziyarət olunub.
Ziyarətin əsas məqsədi illərini təhsilə həsr etmiş müəllimlərə diqqət və qayğını ifadə etmək, onların zəngin pedaqoji irsinə ehtiram göstərmək və ailə dəyərlərinin təməlində dayanan müəllim nüfuzunu bir daha vurğulamaq olub.
Görüş zamanı veteran müəllimlərlə səmimi söhbətlər aparılıb, onların keçdiyi şərəfli həyat və peşə yolundan danışılıb, dəyərli tövsiyələri dinlənilib.
#ŞəkiZaqatalaRTİ #BalakənRTS #ATİAHİ #BeynəlxalqAiləGünü

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ