




15 may – Beynəlxalq Ailə Günü münasibətilə Şəki şəhər 17 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən, baş məsləhətçi Elxan Abdullayev, Şəhid anası, Əməkdar müəllim Dursun Cavadova, Şəki rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov, Şəki rayonu üzrə təhsil sektorunun məsləhətçisi Məftunə Abdullayeva, məktəbin direktoru Nərminə Abdullayeva, eləcə də Vətən müharibəsi qazisi Məhəmməd Şəmiyev iştirak edərək çıxış ediblər.
Çıxışlarda ailənin uşağın şəxsiyyətinin formalaşmasında, milli-mənəvi və vətənpərvərlik dəyərlərinin ötürülməsindəki rolu vurğulanıb, ailə-məktəb əməkdaşlığının əhəmiyyəti qeyd edilib. Həmçinin cəmiyyətin əsas dayağı olan ailə institutunun möhkəmləndirilməsinin və nümunəvi ailə modellərinin təbliğinin vacibliyi qeyd olunub.
Sonda şagirdlərin ifasında ailəyə, vətənə və milli dəyərlərə həsr olunmuş bədii kompozisiyalar nümayiş etdirilib.
#EduAz #ŞəkiZaqatalaRTİ #Tədbir