Sizin reklam burada
Sizin reklam burada

Yevlax şəhərində məktəblilər arasında intellektual məktəb çempionatının zona mərhələsi keçirilib

May ayının 17-də Yevlax şəhəri M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual məktəb çempionatının zona mərhələsi keçirilib. VIII-X sinif şagirdlərinin iştirak etdiyi çempionatda Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 6 nəfərdən ibarət olmaqla ümumilikdə 8 komanda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən çempionatda Zərdab rayon komandası I yeri qazanaraq respublika mərhələsində iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual və yaradıcı bacarıqlarının inkişafına dəstək vermək, analitik düşünmə qabiliyyətlərini artırmaq və onların asudə vaxtlarını səmərəli şəkildə təşkil etməkdir. Mərkəzi Aran Regional Təhsil İdarəsi qalib olan komandanı təbrik edir, çempionatın respublika mərhələsində uğurlar arzulayır!
#MÜTDA #MərkəziAranRTİ #EduAz #Müsabiqə

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ