arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Ağsu rayonunda təhsil işçiləri ilə görüş keçirilib

Ağsu rayonunda təhsil işçiləri ilə görüş keçirilib
Ağsu rayonunda təhsil işçiləri ilə görüş keçirilib
Ağsu rayonunda təhsil işçiləri ilə görüş keçirilib
Ağsu rayonunda təhsil işçiləri ilə görüş keçirilib
Ağsu rayonunda təhsil işçiləri ilə görüş keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov Ağsu Rayon Təhsil Sektorunun əməkdaşları və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Görüşdə idarə müdiri çıxış edərək cari və qarşıda duran məsələlərlə əlaqəli məktəb direktorlarına tapşırıqlar verərək, işlərində məsuliyyətli olmalarını bildirmişdir. Həmçinin idarə müdiri tərəfindən Ağsu rayonu üzrə IX sinif buraxılış imtahanlarının və respublika fənn olimpiadalarının nəticələri müzakirə edilmiş, tədrisin keyfiyyətinin artırılması, istedadlı şagirdlərlə işin gücləndirilməsi istiqamətində tapşırıqlar verilmişdir.
Daha sonra idarənin müdir müavini Rahim Novruzov tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə çıxış edərək, işlək fəaliyyət planlarının hazırlanması metodikası, eləcə də sektorlar və məktəblər üçün yeni yaradılan və onlayn formada təqdim ediləcək hesabatlılıq platformasının tətbiqi haqqında məlumat vermişdir.
Bunlardan əlavə 17-18 may tarixlərində 4 və 6-cı sinif şagirdləri üçün keçiriləcək monitorinqə hazırlıq mərhələsi, eləcə də "Son zəng" tədbirinin keçirilməsi ilə əlaqədar MÜTDA tərəfindən təqdim edilmiş qaydalar və nümunəvi ssenari onların diqqətinə çatdırılmış, bunun icrası ilə əlaqədar məktəb rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonda məktəb direktorlarının sualları və təklifləri dinlənilmişdir.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Təhsilİşçiləri #Görüş

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ