Sizin reklam burada
Sizin reklam burada

İntellektual məktəb çempionatının zona mərhələsi keçirilib

May ayının 17-də Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
VIII-X sinif şagirdlərinin iştirak etdiyi çempionatda Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 6 nəfərdən ibarət olmaqla ümumilikdə 4 komanda mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən yarışda Ağsu rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən ibarət "Ağsu" komandası I yerə layiq görülərək respublika mərhələsində iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual və yaradıcı bacarıqlarının inkişafına dəstək vermək, analitik düşünmə qabiliyyətlərini artırmaq və onların asudə vaxtlarını səmərəli şəkildə təşkil etməkdir.
Şagirdlərimizi və onların müəllimlərini təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Şagird #Çempionat

  • Sosial şəbəkədə paylaş