arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

22 aprel tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə elan olunmuş müsabiqənin növbəti mərhələsi – müsahibə mərhələsi həyata keçirilib. Müsahibə idarənin inzibati binasında təşkil olunub.
Test imtahanı mərhələsində keçid balını toplayaraq növbəti mərhələyə vəsiqə qazanan 11 namizəd müsahibədə iştirak edib.
Müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimetmə bacarıqları, liderlik keyfiyyətləri, idarəetmə sahəsində bilik və bacarıqları, eləcə də məktəbəqədər təhsil üzrə pedaqoji və metodiki hazırlıq səviyyələri qiymətləndirilib.
#MərkəziAranRTİ #RTİ #Müsahibə

  • Sosial şəbəkədə paylaş