arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
Şəki şəhər 17 nömrəli tam orta məktəbdə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şagirdlərin hazırladığı "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş sərgi ilə tanış olublar.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyəti vurğulanıb, Konstitusiyamızda təsbit olunmuş müddəalar şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi və Dövlət suverenliyi işğaldan azad olunmuş bütün ərazilərdə bərpa olunub.
Tədbir çərçivəsində şagirdlər tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
#EduAz #ŞəkiZaqatalaRTİ #Konstitusiyaİlİ

  • Sosial şəbəkədə paylaş