arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

Aprel ayının 20-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutan müsabiqədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 6 mərkəzdə 858 nəfər şagird iştirak edib.
Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Nəticələrə əsasən, I, II və III yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.
#EduAz #ŞəkiZaqatalaRTİ #ARTİ #KenquruBeynəlxalqRiyaziyyatMüsabiqəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ