arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Yeni müdir müavini İdarənin kollektivinə təqdim edilib

Yeni müdir müavini İdarənin kollektivinə təqdim edilib
Yeni müdir müavini İdarənin kollektivinə təqdim edilib
Yeni müdir müavini İdarənin kollektivinə təqdim edilib
Yeni müdir müavini İdarənin kollektivinə təqdim edilib
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunmuş Pənahov Hafiz Saməddin oğlu kollektivə təqdim edilib.
Təqdimat tədbirində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin struktur bölmə rəhbərləri, İdarənin tabeliyində olan təhsil müəssisələrinin rəhbər heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Günay Mahmudova Hafiz Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. İdarə müdiri Hafiz Pənahovun təhsil sahəsindəki təcrübəsinin Regional Təhsil İdarəsinin fəaliyyətinə töhfələr verəcəyinə inandığını bildirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Hafiz Pənahov çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.
Sonda Şəki-Zaqatala Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri və İdarənin müdir müavini vəzifələrində çalışmış, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunmuş Bəhruz Nəbiliyə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsi adından xatirə hədiyyəsi təqdim olunub, İdarənin kollektivi adından Bəhruz müəllimə yeni vəzifədə uğurlar və müvəffəqiyyətlər arzu edilib.
#EduAz #ŞəkiZaqatalaRTİ #MÜTDA

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ