17 mart 2025-ci il tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən cari ildə təkrar sertifikasiyada iştirak edəcək müəllimlərlə görüş keçirilib.
Görüşdə İnzibati Təşkilat sektorunun müdiri Xumarə Kərimova, Sumqayıt şəhər 32 nömrəli tam orta ümumtəhsil məktəbinin metodisti, Təhsil İnstitutunun təlimçisi Aida Eyvazova və Regional Təhsil İdarəsinin hüquqşünası Səbuhi Paşayev iştirak ediblər.
Görüşdə müəllimlərin sertifikasiyaya hazırlıq prosesi, qarşılaşa biləcəkləri çətinliklər və onların həlli yolları müzakirə olunub. Eyni zamanda, sertifikasiya imtahanı ilə bağlı vacib məqamlar müəllimlərə izah edilib və onların sualları cavablandırılıb.
Görüşün məqsədi müəllimlərin sertifikasiyaya daha hazırlıqlı şəkildə qatılmalarını təmin etmək və onların bilik və bacarıqlarını daha da artırmaq olub.
