Görüşlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşı Fuad Aslanov, Ağstafa, Qazax rayonları üzrə təhsil sektorlarının əməkdaşları və ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüşlərdə ötən 3 il ərzində ümumtəhsil məktəblərində aparılmış keyfiyyət monitorinqlərinin icmalı nümayiş etdirilib və icmalda qeyd olunan göstəricilər əsasında müzakirələr aparılıb.
Həmçinin "Ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilmə çərçivəsi" iştirakçıların diqqətinə çatdırılıb, çərçivə sənədində qeyd olunan sahələr və meyarlar barədə məlumat verilib.
#EduAz #MÜTDA #Görüş #KeyfiyyətMonitorinqi #ÇərçivəSənədi
