




12 mart tarixində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsi keçirilib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumitəhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqə münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Ənənəvi olaraq keçirilən müsabiqənin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəslə çatdırılmasından ibarətdir.
#MərkəziAranRTİ #RTİ #ÜmummilliLider