Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri ilə sertifikasiya imtahanına hazırlıq məqsədilə görüşlər təşkil edilib. Görüşlərdə yerli təhsil sektorlarının rəhbərləri, dövlət qulluqçuları və cari ildə sertifikasiya imtahanına cəlb olunacaq müəllimlər iştirak ediblər. Tədbirlər zamanı iştirakçılara sertifikasiya prosesinə hazırlığın əhəmiyyəti, eləcə də imtahanla bağlı əsas məqamlar barədə ətraflı məlumatlar verilib. Həmçinin görüş iştirakçılarının fikirləri dinlənilib, onların sualları cavablandırılıb.
#MərkəziAranRTİ #RTİ #Sertifikasiya
