
Mərkəzi Aran Regional Təhsil İdarəsinin iki istedadlı 10-cu sinif şagirdi – Abdullazadə Abdulla (Ağdaş rayonu Ləki qəsəbəsi 6 nömrəli məktəb) və Mirzəyev Sumuraz (Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və Humanitar Fənlər Liseyi) 22-28 iyun 2025-ci il tarixlərində Sinqapurda keçiriləcək Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında (ICO) ölkəmizi təmsil edəcək.
Qeyd etmək istərdik ki, “ICO” dünyada kibertəhlükəsizlik sahəsində ən istedadlı gəncləri müəyyən etmək və onlara dəstək olmaq məqsədilə təşkil olunur. Şagirdlərimizin bu beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə və yüksək nəticələr əldə edəcəklərinə inanır, onlara uğurlar arzulayırıq.
#MərkəziAranRTİ #RTİ #ŞagirdlərimizinUğuru