arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

“Sabahın alimləri” müsabiqəsində 11 məktəblimiz qalib olub

“Sabahın alimləri” müsabiqəsində 11 məktəblimiz qalib olub
“Sabahın alimləri” müsabiqəsində 11 məktəblimiz qalib olub
“Sabahın alimləri” müsabiqəsində 11 məktəblimiz qalib olub
“Sabahın alimləri” müsabiqəsində 11 məktəblimiz qalib olub
“Sabahın alimləri” müsabiqəsində 11 məktəblimiz qalib olub
Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 11 şagirdi “Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin qalibləri sırasında yer alıb.
Belə ki, Zaqatala rayon A. Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbin X sinif şagirdi Xəlilli Ümid və Zaqatala şəhər Humanitar fənlər təmayüllü Gimnaziyanın IX sinif şagirdi Seyidhəsənov Yusif "SmartMöö" nominasiyası üzrə II yeri tutaraq gümüş medala layiq görülüblər.
Balakən şəhər A. Novruzov adına Humanitar və Texniki fənlər təmayüllü liseyin XI sinif şagirdləri Məmmədov Şahin və Hudulov Həmzət "Kompüter elmləri" nominasiyası üzrə III yer, Şəki şəhər 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Allahverdiyev Sadiq və müsabiqəyə ilk dəfə qoşulan Şəki şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Yusifova Sədaqət "Ekologiya və ətraf mühitin idarə olunması" nominasiyası üzrə III yer, Şəki şəhər M.Füzuli adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Maarif Rəfili və Şəki şəhər 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Emil Cabbarov "Robotexnika və süni intellekt" nominasiyası üzrə Ill yer, Oğuz şəhər N. İbrahimli adına 3 nömrəli məktəb-liseyin X sinif şagirdi Naxçıvanski Həbib və IX sinif şagirdi Ədilov Famil "YivMEX beton konstruksiyalar üçün yiv açma robotu" nominasiyası üzrə III yer, Oğuz şəhər E. Abdullayev adına İnternat tipli texniki və təbiət təmayüllü liseyin IX sinif şagirdi Süleymanzadə Selcan "Kimya" nominasiyası üzrə III yerin qalibləri olaraq bürünc medalla təltif olunublar.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.
#EduAz #ETN #ŞəkiZaqatalaRTİ #SabahınAlimləri

  • Sosial şəbəkədə paylaş