Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil işçiləri üçün seminar təşkil edəcək

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil işçiləri üçün seminar təşkil edəcək
Mərkəzi Aran Regional İdarəsi tərəfindən 12 fevral 2025-ci il tarixində təhsil işçiləri üçün seminar keçiriləcək. Seminarın mövzusu “Təhsil müəssisələrinin inzibati və kadr fəaliyyətinin tənzimlənməsinin hüquqi əsasları”dır. Tədbir Mərkəzi Aran Regional İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun aparıcı məsləhətçisi Adil Məmmədli tərəfindən aparılacaq. Seminar idarənin inzibati binasında həyata keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı qeydiyyat linkindən keçə bilərlər.
https://forms.gle/tTdVkWk9AM2S7KaL6
Qeyd etmək istərdik ki, seminar ümumi, məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələrinin rəhbər heyəti üçün nəzərdə tutulub.
#MərkəziAranRTİ #RTİ #EduAz #Seminarlar

  • Sosial şəbəkədə paylaş