arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İdarə müdiri təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

İdarə müdiri təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
İdarə müdiri təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Həmid Qasımov Ağsu rayon ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüşüb. Görüşdə Ağsu Rayon Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Natiq Heydərov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu rayonu üzrə aparıcı məsləhətçisi Amil Sayıllı iştirak etmişdir.
Ağsu Rayon Təhsil Sektorunda keçirilən görüşdə rayon üzrə ümumtəhsil məktəblərində təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə keçirilən sınaq imtahanının nəticələri müzakirə edilib. İdarə müdiri tərəfindən nəticələr təhlil edilmiş, şagirdləri zəif nəticə göstərən məktəblərin direktorları ilə müzakirələr aparılmışdır.
Bunlardan əlavə buraxılış imtahanlarına hazırlıq və digər cari, eləcə də qarşıdan gələn məsələlərlə əlaqəli təhsil müəssiələrinin rəhbərlərinə bir çox göstərişlər verilib.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #MəktəbDirektoru #Görüş

  • Sosial şəbəkədə paylaş