



Təhsil müəssisəsində təhlükəsiz, sağlam mühitin yaradılması, təhsilalanların mənəvi-psixoloji sağlamlığının dəstəklənməsi, gənc kadrların karyerasında təcrübəli psixoloqlarla əlaqə qurması, onların işlərinə istiqamət vermək, həmçinin təcrübəli praktik psixoloqların fəaliyyətlərinin yoxlanılması məqsədi ilə 8 nəfərdən ibarət dəstək qrupu yaradılmışdır. Dəstək qrupu ümumi təhsil müəssisələrində olub, praktik psixoloqlarla müzakirələr aparıb və şagirdlərlə sorğular keçirdikdən sonra məktəbdə psixoloji xidmətin düzgün təşkilinə dair innovativ forma, üsullar tövsiyə ediblər.