




Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.
Müsahibə mərhələsində təyin olunmuş qrafikə uyğun olaraq, ümumilikdə 71 nəfər namizəd iştirak edib.
Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, psixoloji vəziyyəti, ümumi dünya görüşü, vəzifə üzrə nəzəri və praktiki bilikləri komissiya tərəfindən yoxlanılıb.
Qeyd edək ki, müsabiqə qaydalarına əsasən növbəti günlərdə müsahibə mərhələsində uğur qazanmış namizədlərin yerləşdirilməsi prosesi həyata keçiriləcəkdir.