




Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin istiliklə təmin edilməsi və təhlükəsizlik qaydalarına riayət olunması barədə növbəti maarifləndirmə tədbirlərinin keçirilməsinə start verilib.
Dekabrın 24-də Şəmkir rayonunda keçirilən tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Əsaslı Tikinti və Təchizat İdarəsinin (ƏTTİ), FHN-nin nümayəndələri, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, Şəmkir rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər.
ƏTTİ və FHN-nin nümayəndələri tərəfindən təhsil müəssisələrində təhlükəsizlik qaydalarına riayət olunması barədə fikir mübadiləsi aparılıb, video çarx nümayiş etdirilib və müvafiq tövsiyələr verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
#QazaxTovuzRTİ #Tədbir #Məktəb