




Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin istiliklə təmin edilməsi və təhlükəsizlik qaydalarına riayət olunması barədə növbəti maarifləndirmə tədbiri keçirilib.
Dekabrın 24-də Tovuz rayonunda keçirilən tədbirdə Əsaslı Tikinti və Təchizat İdarəsinin (ƏTTİ), Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları, Tovuz rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər.
Tədbirdə ƏTTİ-nin nümayəndəsi tərəfindən təhsil müəssisələrinin istiliklə təmin edilməsi və təhlükəsizlik qaydaları ilə bağlı məlumatlar çatdırılıb və təhlükəsizlik qaydalarına riayət olunması barədə müvafiq tövsiyələr verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
#QazaxTovuzRTİ #Tədbir #Məktəb