arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Şəkidə şəhid övladları ilə görüş keçirilib

Şəkidə şəhid övladları ilə görüş keçirilib
Şəkidə şəhid övladları ilə görüş keçirilib
Şəkidə şəhid övladları ilə görüş keçirilib
Şəkidə şəhid övladları ilə görüş keçirilib
Şəkidə şəhid övladları ilə görüş keçirilib
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə Şəki rayonu ümumtəhsil müəssisələrində çalışan şəhid ailəsi ittifaq üzvlərinin övladları ilə görüş keçirilib.
Görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri Ziyafət Xasiyeva və bir qrup şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra çıxış edənlər şəhid ailələrinin cəmiyyətimiz üçün əvəzsiz dəyər kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün tam suveren, müstəqil və güclü bir ölkədə yaşayırıq.
Çıxışlarda şəhid övladlarının təhsilinə və inkişafına hər zaman xüsusi diqqət göstəriləcəyi, onların bütün imkanlarla təmin olunması üçün zəruri addımların atılacağı qeyd olunub.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən göndərilmiş üst geyimləri və hədiyyələr şəhid övladlarına təqdim olunub.
#EduAz #ŞəkiZaqatalaRTİ #MÜTDA

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ