arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İdarə müdiri çalışmanın yaş həddinə çatmış işçilərlə görüş keçirib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova idarənin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorlarının çalışmanın yaş həddinə çatmış işçiləri ilə görüş keçirib.
İdarənin inzibati binasında təşkil olunan tədbirdə Günay Mahmudova ilə yanaşı idarənin müdir müavini Bəhruz Nəbili, struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva və təqaüdə ayrılan təhsil işçiləri iştirak ediblər.
Çay süfrəsi ətrafında səmimi şəraitdə keçirilən görüşdə çıxış edənlər uzun illər təhsil sahəsində əvəzsiz xidmətləri ilə seçilən işçilərin əməyini yüksək qiymətləndirərək, onların təcrübələrinin gənc nəsil üçün nümunə olduğunu vurğulayıblar. Təqaüdə ayrılan işçilər isə xatirələrini bölüşərək, təhsil sahəsində qazandıqları uğurlardan və bu sahəyə bağlılıqlarından danışıb.
Görüşün sonunda çalışmanın yaş həddinə çatmış təhsil işçilərinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Təşəkkürnamələri və “Rabitəbank”ın Şəki rayon filialı tərəfindən hədiyyələr təqdim olunub.
#EduAz #ŞəkiZaqatalaRTİ #MÜTDA #TəhsilİşçiriİləGörüş

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ