




Şəki -Zaqatala Regional Təhsil İdarəsində təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi istiqamətində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif edilmiş bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Elm və Təhsil Nazirliyinin "Fəxri Fərmanı” təqdim olunub.
İlin yekun tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılarını salamlayan Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində, müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli işlərində uğurlar arzulayıb.
Sonra təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif olunmuş 3 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 9 nəfər təhsil işçisinə isə Elm və Təhsil Nazirliyinin "Fəxri Fərmanı” təqdim edilib.
Eyni zamanda gənc nəslin təlim-tərbiyə sahəsindəki səmərəli və aktiv fəaliyyətlərinə görə bir qrup müəllim və sektor əməkdaşları Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Təşəkkürnamələri və "Rabitəbank" Şəki rayon filialının hədiyyələr ilə təltif olunublar.
Sonda təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
#EduAz #ŞəkiZaqatalaRTİ #Təltif