




21 dekabr tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrində vakant olan psixoloq və laborant vəzifələrinə işə qəbul üzrə test imtahan mərhələsi keçirilib.
Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 9 nəfər psixoloq, 32 nəfər isə laborant vəzifəsinə işə qəbul üzrə namizəd iştirak edib. Namizədlər bir saat ərzində 30 sualı cavablandırıblar. Qeyd edək ki, test mərhələsindən uğurla keçən namizədlər növbəti müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Nəticələrin yaxın günlərdə elan edilməsi gözlənilir.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Psixoloq #Laborant #Testİmtahanı