
2-12 dekabr tarixlərində Rumıniyanın Buxarest şəhərində Yeniyetmələrin 21-ci Beynəlxalq Elm Olimpiadası (IJSO 2024) təşkil edilib. 6 nəfərdən ibarət milli komandamız sözügedən olimpiadada uğurla çıxış edərək ümumilikdə 6 bürünc medal qazanıb.
Belə ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi Bəxtiyar Ağayev, bürünc medala layiq görülüb.