arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Təhsildə yeni çağırışlar” regional konfransı Sumqayıtda

"Təhsildə yeni çağırışlar” regional konfransı Sumqayıtda
Dekabrın 25-də növbəti “Təhsildə yeni çağırışlar” regional konfransı Sumqayıtda keçiriləcək.
Konfrans Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün nəzərdə tutulur.
Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə keçiriləcək. Konfransa media dəstəyi isə Təhsil TV və “Azərbaycan müəllimi” qəzeti tərəfindən göstəriləcək.
Konfransda Milli Məclisin deputatları Mehriban Vəliyeva, Tahir Mirkişili, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva çıxış edəcəklər.
Konfransda iştirak etmək istəyən hər müəllim şəxsi “Facebook” profilində öyrənmə prosesini əks etdirən hər hansı şəkil ilə "Biz xoşbəxt və təhsilli vətəndaş yetişdirmək məqsədi ətrafında həmrəyik!” cümləsini qeyd edərək hər kəsə açıq formada #dahatəhsilligələcək həştəqi ilə paylaşmalıdır. Sonra isə müvafiq link vasitəsilə qeydiyyatdan keçməlidir:
https://forms.gle/EwZyCk6zB7sZTjxJ7
Qeyd edək ki, konfransda iştirak üçün yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq. Yekunda isə iştirakçılara sertifikat veriləcək.
Əziz həmkarlar, növbəti konfransın hansı regionda keçirilməsini istərdiniz? Şərhdə qeyd edin, görüşək!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ