


Sumqayıt şəhər Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyinin kimya müəllimi Aynur Abbasovanın mentorluğu ilə X sinif şagirdləri Fərid Mahmudzadə, Orxan Vəliyev, Məmmədli Cavad və Ömər Əmiraslanov 22-23 noyabr 2024-cü il tarixində İtaliyanın Roma şəhərində keçirilən “Fibonacci” – Beynəlxalq Dünya Robot Olimpiadasında iştirak ediblər. Yarışda iştirak edən liseyin "Creators” komandası final mərhələsinə yüksələrək münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
#MÜTDA #AXRTİ #SumqayıtİstedadLiseyi