Dekabrın 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dəfə müəllim kimi əmək fəaliyyətinə başlayan təhsilverənlərlə təlim xarakterli görüş keçirilib. Görüşdə Kürdəmir rayonunda fəaliyyət göstərən mentorlar və direktor müavinləri də iştirak edib. Təlim zamanı tədrisin keyfiyyəti sektorunun müdiri Leyla Bayramova gənc müəllimlərin əmək fəaliyyəti zamanı ən çox qarşılaşdığı çətinliklərdən bəhs edib və gənc müəllimlər üçün mentor dəstəyinin əhəmiyyətindən söz açıb. Daha sonra yerli təhsil sektorunun müdiri Rafael Məmmədov gənc müəllimlərə tədris və idarəçiliklə bağlı öz tövsiyyələrini verib. Görüş zamanı gənc müəllimlərin ehtiyacları müəyyən olunub, mentorların isə təklifləri dinlənilib. Keçirilmiş görüş çərçivəsində iştirakçılara dərs prosesinin qurulması, təlim məqsədlərinin düzgün müəyyən edilməsi və tədris zamanı müxtəlif metodlardan düzgün istifadə istiqamətlərində məlumatlar verilib.
#MərkəziAranRTİ #RTİ #EduAz
