Sizin reklam burada
Sizin reklam burada

Sosial medianın düzgün idarə olunması ilə bağlı növbəti görüşlər keçirilib

12-13 dekabr tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan, Göyçay və Ucar rayonlarında yerləşən təhsil müəssisələri üçün “Sosial medianın düzgün idarəolunması və ictimaiyyətlə əlaqələr” mövzusunda görüşlər keçirilib. Görüşlərin birinci hissəsində Göyçay və Ucar rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri iştirak edib. Müəssisə rəhbərlərinə məktəb icması ilə məlumat mübadiləsinin düzgün qurulması, kütləvi informasiya vasitələrilə düzgün kommunikasiya, internet təhlükəsizliyi istiqamətlərində məlumatlar verilib. Daha sonra təhsil müəssisələrinin sosial media hesablarından məsul olan şəxslərlə “Sosial medianın idarəçiliyi” mövzusunda təlim keçirilib. Burada məktəblərin paylaşımları edərkən diqqət etməli olduqları bir sıra məqamlar qeyd edilib. Sosial mediadakı paylaşımları şagirdlər və məktəb icması üçün necə maraqlı və baxımlı etmək olar sualı ətrafında təlim iştirakçıları ilə müzakirə aparılıb. Hər bir təlimin sonunda iştirakçılar arasında qrup işi təşkil edilib və onların sosial media ilə bağlı fikirləri və ideyaları dinlənilib.
#MərkəziAranRTİ #RTİ #EduAz #MəktəbiminSəhifəsi

  • Sosial şəbəkədə paylaş