Sizin reklam burada
Sizin reklam burada

Təhsil işçilərinə təltiflər təqdim edilib

Təhsil işçilərinə təltiflər təqdim edilib
Təhsil işçilərinə təltiflər təqdim edilib
Təhsil işçilərinə təltiflər təqdim edilib
Təhsil işçilərinə təltiflər təqdim edilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov 5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibətilə Elm və təhsil nazirinin əmri ilə təltif edilən təhsil işçiləri ilə görüşərək, təltifləri onlara təqdim edib.
Çay süfrəsi arxasında, səmimi formatda keçirilən görüşdə idarə müdiri təltif edilən müəllimləri təbrik edərək, onlara gələcəkdə daha yüksək uğurlar arzulayıb.
Təltif edilən təhsil işçilərinin adlarını təqdim edirik.
"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə:
1. Nəbiyev Rza Uruf oğlu-Şamaxı rayon Qurdtəpə kənd tam orta məktəbinin tarix müəllimi, Şəhid atası
2. Ağayeva Gültəkin Şahlar qızı-İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi
3. İsgəndərova Minazər Ramiz qızı-İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
4. Rəcəbova Aytac Dəyanət qızı-Qobustan şəhər E.Vəliyev adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
Elm və Təhsil Nazirliyinin "Fəxri Fərmanı" ilə:
1. Bağırova Tünzalə Xudaverdi qızı-Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
2. Salehova Sevinc Əjdər qızı-İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
3. Hüseynova Fatimə Hacıağa qızı- Ağsu rayon Sarvan kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi
4. Abuzərova Çinarə Mehman qızı- Qobustan rayon Təklə Mirzəbaba kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
Müəllimlərimizi təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.
#Mütda #EduAz #DağlıqŞirvanRTİ #Müəllim #Təltif

  • Sosial şəbəkədə paylaş