Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov "Zəfər" respublika yaradıcılıq festival-müsabiqəsinin qalibləri ilə görüşüb.
Görüşdə Dağlıq Şirvan RTİ-nin nümayəndəsi, məktəb direktorları və şagirdlər iştirak etmişdir.
Regional İdarə müdiri şagirdləri təbrik edərək, Elm və Təhsil nazirliyi tərəfindən təqdim edilən Fəxri Fərman və qiymətli hədiyyəni onlara təqdim etmişdir.
Qalib şagirdlərimizin adlarını təqdim edirik.
1. Səmədzadə Nəzrin Xəyyam qızı-I yer-Ağsu şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi
2. Xudaverdiyeva Ürüşnaz Mürələm qızı-II yer-Şamaxı şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi
3. Cəbrayıllı Zöhrə Qədir qızı-II yer-Şamaxı şəhər 6 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi
4. Ələkbərzadə Əli Qadir oğlu-III yer-Ağsu şəhər 1 nömrəli məktəb-liseyin 6-cı sinif şagirdi
Qeyd edək ki, bu şagirdlər həmçinin Şamaxı və Ağsu rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərində də təhsil alırlar.
#Mütda #EduAz #DağlıqŞirvanRTİ #ZəfərMüsabiqəsi #Qalib
