Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır.
Bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Şuşa şəhərində başlamaqla, 2026-cı ilin sentyabrına planlaşdırılmaqla Musiqi və incəsənət, Turizm fakültələri üçün bina inşa olunacaq:
"Bununla yanaşı, 2025-2026-cı ildə başlamaqla, 2027-ci ilin sentyabrında Kənd təsərrüfatı fakültəsi üçün Xocalı şəhərində binanın istifadəyə verilməsi planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində hər hansı korpusunun olması nəzərdə tutulmur".