Sumqayıt şəhər Y.Məmmədəliyev adına 31 saylı tam orta məktəbdə psixoloqlar Sabrina Babayeva və Elnarə İsmayılovanın təşkilatçılığı ilə “Emosional intellekt və onun təhsildə əhəmiyyəti” mövzusunda görüş keçirilmişdir.
Görüşdə emosional intellektin əsasları, onun sinifdə tədris prosesinə təsiri və müəllim-şagird münasibətlərinin inkişafındakı rolu haqqında dəyərli məlumat mübadiləsi baş tutmuşdur.
Tədbir interaktiv formatda təşkil olunmuş, müəllimlər onları maraqlandıran sualları psixoloqlarla müzakirə etmiş və sonda müəllimlərin emosional idrakını yoxlamaq məqsədilə psixoloji test keçirilmişdir.
