Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Məktəblər üçün PİSA" tədqiqatı yekunlaşıb.
Tədqiqatda Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 19 (Ağdaş - 4, Göyçay - 3, Kürdəmir - 5, Mingəçevir - 3, Ucar - 1, Yevlax - 3) ümumi təhsil müəssisəsinin 918 nəfər şagirdi iştirak edib.
Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.
Bu tədqiqat təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri görmək imkanı verir.
#MərkəziAranRTİ #RTİ #Qiymətləndirmə #PİSA