Sizin reklam burada
Sizin reklam burada

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər təhsil müəssisələrində metodistlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər təhsil müəssisələrində metodistlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə metodistlərin işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsi başlayır. Elektron sənəd qəbulu mərhələsi 18-29 noyabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 noyabr saat 11:00-dan 29 noyabr saat 11:00-dək aşağıdakı keçiddən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/ST7DrQ4j3xQJUQHP7
Metodistlərin işə qəbulu üçün əsas tələblər aşağıdakılardır:
- Məktəbəqədər təhsil üzrə ali təhsil;
- On ildən az olmayaraq pedaqoji staj.
Müsabiqə yalnız müsahibə mərhələsindən ibarətdir və mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Müsahibə mərhələsi zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq. Namizədlərin məktəbəqədər təhsil sahəsindəki biliklərinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanan “Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qeyd olunan mövzu və istiqamətlərə əsaslanacaq. Çərçivə sənədi ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edin.
https://www.arti.edu.az/nodupload/editor/files/Metodist.pdf
Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz.
Vakansiyaların linki: https://shorturl.at/Z9tvU
Qeyd etmək istərdik ki, namizədlərin aşağıdakı səriştələr üzrə də qiymətləndirilməsi həyata keçiriləcəkdir:
• Effektiv kommunikasiya qurma bacarığı;
• Münaqişələrin həlli;
• İnnovativlik;
• Metodik dəstək və rəhbərlik bacarığı;
• Pedaqoji bacarıqlar;
#MərkəziAranRTİ #EduAz #MəktəbəqədərTəhsil #Metodist

  • Sosial şəbəkədə paylaş