19 noyabr tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran regional nümayəndəliyinin tərəfdaşlığı ilə təhsil işçiləri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib. Yarışda Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları və idarənin tabeliyində olan sektorların rəhbərləri, əməkdaşları iştirak edib. Tədbir Regionumuzda təhsil sahəsində əməkdaşlığı və dostluğu gücləndirmək məqsədini özündə ehtiva edib. Yarışmaya ümumilikdə on komanda qatılıb. Sürətli düşünmə və sürətli cavab vermə bacarıqları tələb edən yarış maraqlı və rəqabətli şəraitdə davam edib.
#MərkəziAranRTİ #İntellektualYarış #GİKM
